patriotnews.az
http://patriotnews.az

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

18-01-2025, 15:45 Baxılıb: 68

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə açıq elan edilən konfransda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Kərimov, Şəhid ailə üzvləri, qazilər, şəhər ictimaiyyəti, yerli təhsil sektorlarının müdirləri, məktəbəqədər və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

Patriot News.az xəbər verir ki ,tədbirdə “20 Yanvar - 44 günlük müharibə və qələbəmiz”, “20 Yanvar və müstəqilliyimiz”, “20 Yanvar hadisəsinin Gəncə şəhərində qarşısının alınması”, “Milli Ruhun oyanışı” məruzələr səsləndirilib. Məruzələrdə “20 Yanvar” hadisələrinin Azərbaycan xalqının taleyində oynadığı roldan, qanlı hadisələrə aparan tarixi şəraitdən, azadlıq uğrunda canlarını qurban vermiş şəhidlərimizin böyük qəhrəmanlığı və onların əziz xatirəsinin heç zaman unudulmayacağı vurğulanmışdır.

Tədbir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Şanlı Ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması barədə çıxışlarla davam edib.

Konfransın yekununda 20 Yanvar hadisələri barədə hazırlanmış videoçarx nümayiş edilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930