patriotnews.az
http://patriotnews.az

Samux rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi böyük ehtiramla anılıb.

20-01-2025, 14:28 Baxılıb: 59

 

20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar Samux rayon ictimaiyyəti rayondakı Samux Şəhidləri Kompleksini ziyarət edib.

Patriot News.az xəbər verir ki,  mərasimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, icra hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və yerli sakinlər iştirak edib.

Mərasim iştirakçıları Vətənin azadlığı, ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, kompleksin önünə əklillər qoyulub.
Sonra rayon məktəblilərinin vətənpərvərlik mövzusunda çəkdikləri rəsmlərin sərgisinə baxış keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək 20 Yanvar faciəsini xalqımızın qəhrəmanlıq səlnaməsi, milli qürur günü kimi səciyyələndirib, şəhid ailələrinə böyük ehtiramını ifadə edərək 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin, suverenliyimizin bərpasının qürurundan danışıb.

Saat 12:00-da Samux rayonunda da 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930