Fərman Əliyevin göz xəstəlikləri barədə suallarını həkim Dünyamin Abuzərli belə cavablandırdı
“Təbiblə söhbət” rubrikamızın qonağı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Oftalmoloji şöbəsinin həkim-oftalmoloqu Dünyamin Abuzərlidir. Patriot News.az-ın bölgə müxbiri Fərman Əliyevin göz xəstəlikləri barədə suallarını həkim Dünyamin Abuzərli belə cavablandırdı
- Hər vaxtınız xeyir, həkim, maraqlıdır hansı göz xəstəlikləri irsidir? - 350-dən artıq irsi göz xəstəliyi vardır ki onlardan ən çox rast gəlinəni bunlardır: qlaukoma (qara su), hemeralopiya (toyuq korluğu), aniridiya (quzehli qişanın olmaması) daltonizm (rəng seçə bilməmək ), keratokonus, nistaqm(gözün qeyri-iradi hərəti), albinizm (piqmentin olmaması) və s .
- Gözlərin ümumi müayinəsini hansı tezliklə aparmaq lazımdır?
- Sağlam insanın ildə 1 dəfə göz müayinəsi olmağı kifayətdir, ancaq hər hansı irsi göz xəstəliyi və ya digər yanaşı xəstəliyi varsa 6 aydan bir ümumi göz müayinəsindən keçməyi məsləhət görülür. Buraya məsələn şəkərli diabet , revmatoid artrit və ya hormonal prepartların uzun müddətli qəbulu və s.aiddir.
- Gözü zəiflədən əsas vasitələr hansılardır?
- Burada ən başlıca amil stress və yuxu rejiminin olmamasıdır, uzun müddətli monitor arxasında oturmaq, yaxın ekrandan istifadə (telefon, planşet) gözü zəiflədən amillərdir.
- Əhali arasında hansı göz xəstəliyi daha geniş yayılıb?
- Ən çox yayılan xəstəliklər mövsümi xəstəliklərdir, buraya konyuktivitlər və allergik xarakter daşıyan xəstəliklər daxildir. @ Patriot News.az