Gəncədə qanunsuz küçə ticarəti ilə məşğul olanlara qarşı həyata keçirilən tədbirlər davam etdirilir
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun müvafiq Sərəncamı ilə yaradılan “İşçi qrupları” tərəfindən pərakəndə ticarət hallarının geniş yayıldığı ərazilərdə reydlər keçirilir, aşkar edilmiş neqativ halların qarşısının alınması məqsədi ilə qanunamüvafiq tədbirlər görülür.
Patriot News.az xəbər verir ki. Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları ötən həftə ərzində də şəhərin müxtəlif küçələrində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparıblar.
Aparılan izahedici söhbətlərə və edilən xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində isə Azərbaycan Respublikasının “İnzibati xətalar məcəlləsinin” 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilib, səki və yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin yığışdırılması təmin olunub. Yığılan məhsullar, qanunamüvafiq qaydada akt tərtib edilərək, aidiyyəti üzrə təhvil verilib.