patriotnews.az
http://patriotnews.az

Tramp İtaliyanın Baş naziri ilə GÖRÜŞDÜ

5-01-2025, 10:30 Baxılıb: 43

 

İtaliyanın Baş naziri Corca Meloni danışıqlar üçün ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Mar-a-Laqodakı (Florida ştatı) iqamətgahına gəlib.

Bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Görüş Meloninin tərəfdarlarının mühafizəkar İtaliya Baş nazirinin Avropada Trampın əsas müttəfiqinə çevriləcəyinə olan ümidlərini gücləndirir”, – məqalədə yazılıb.

NYT qeyd edib ki, görüşün gündəliyi aydın olmasa da, müşahidəçilər Meloninin Trampla respublikaçının Avropa ölkələri ilə fikir ayrılıqlarının yumşaldılmasını müzakirə edəcəyini gözləyirlər.

Qəzetə görə, İtaliyanın hökumət başçısının Amerikanın yeni lideri ilə görüşü hazırkı ABŞ administrasiyasının başçısı Cozef Baydenin 9-12 yanvar tarixlərinə planlaşdırılan səfərindən bir neçə gün əvvəl baş tutub. NYT-nin yazdığına görə, Baydenin İtaliyada Meloni, həmçinin Roma Papası Fransisklə görüşləri nəzərdən keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
1USD  1.7000
1EUR  1.9277
1GBP  2.2560
100RUB  2.0509
1TRY  0.0444