patriotnews.az
http://patriotnews.az

Xarici işlər naziri kanslerdən niyə küsüb? - SƏBƏB

18-01-2025, 18:10 Baxılıb: 2

Xarici işlər naziri kanslerdən niyə küsüb? - SƏBƏB

Almaniyanın kansleri Olaf Şolts hökumətin iclasını tərk edən ölkənin xarici işlər naziri Annalena Berbokla anlaşılmazlıq yaşayıb.

“Bild” nəşrinin məlumatına görə, Şolts Ukraynaya yeni yardım paketini bloklayarkən, xarici işlər naziri Annalena Berbok hökumətin iclasını tərk edib. Bu zaman Şolts Berboku dayandırmaq istəsə də, ona əli çatmayıb.

Mətbuatda yer alan xəbərlərə görə, Berbok və Şolts arasındakı fikir ayrılığına səbəb Almaniyanın müdafiə naziri Boris Pistoriusun da qəbul etməkdə israrlı olduğu 3 milyard avroluq yardım paketi olub.

Annalena Berbok kanslerin vetosunu açıq şəkildə tənqid edib.

Məlumata görə, Berbok və Pistorius sənədlərin tərtibi üçün bir neçə ay sərf ediblər. Noyabrın əvvəlində Şolts özü Almaniyanın Azad Demokratik Partiyasının (FDP) lideri, maliyyə naziri Kristofer Lindneri Ukraynanın çox ehtiyac duyduğu vəsaitləri əngəlləməkdə ittiham etsə də, bu dəfə paketi özü bloklayıb.

Kanslerlə xarici işlər nazirinin bu olay zamanı çəkilmiş fotosu mətbuatda yayımlanıb və diqqətləri özünə çəkib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930