Azərbaycan Respublikası Atçılıq Federasiyasının(ARAF) 2024-cü ilin yekunlarına həsr olunmuş tədbiri keçirilmişdir.
Patriot News.az xəbər verir ki ,tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, idarə heyətinin üzvləri və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev öz çıxışında milli idman irsini inkişaf etdirmək, beynəlxalq səviyyədə uğur qazanmaq və atçılıq idmanını ölkədə daha geniş yaymaq üçün səy göstəriləcəyinə əminlik ifadə etmişdir.
Tədbirin davamında 2024-cü ilin ən yaxşılarının mükafatlandırılma mərasimi təşkil olunmuşdur.
Müxtəlif nominasiyalar üzrə təqdim edilən mükafatlar sırasında Gəncə şəhərini təmsil edən Allahverdiyev Xəlil Elman oğlu növbəti dəfə olaraq Yorğa atçılığı üzrə İlin Çaparı elan edilmişdir!
Tədbirin ikinci hissəsində keçirilən iclasda 2025-ci il üçün federasiya qarşısına qoyulan hədəf və məqsədlər açıqlanmış, növbəti ilin planları müzakirə olunmuş və keçiriləcək tədbirlər, eləcə də yarışlar haqqında ətraflı məlumat təqdim edilmişdir.
@ Patriot News. az