GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinə daxil olan Samux bölməsinin fəaliyyətinin 5-ci ili münasibətilə tədbir baş tutub.
Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki , tədbir Samux Rayon İcra Hakimiyyətinin dəstəyi, GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin Samux bölməsinin və Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti Aparatı başçısının müavini ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, GİKM-in əməkdaşları, Samux rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, müəssisə və təşkilatların işçiləri, gənclər iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin Samux bölməsinin əməkdaşı Alagöz Quliyeva 5 il ərzində həyata keçirdiyi fəaliyyətlər haqqında məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonda 5 il ərzində ictimai fəaliyyəti ilə fərqlənən gənclərə və əməkdaşlıq edilən qurum və təşkilatlara təşəkkürnamələr təqdim edilib.