Gəncədə küçə işıqlarında təmir işləri aparılıb
Patriot News.az-xəbər verir ki , Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin İşıqlandırma şöbəsi tərəfindən Dəmir Yolu Vağzalının, şəhərin şərq istiqaməti girəcəyində, Füzuli parkı və Xan Bağının ətrafında küçə işıqlarında təmir işləri aparılıb, işıqlandırma sistemində yaranan mövcud nasazlıqlar aradan qaldırılıb, istismar müddəti bitmiş, həmçinin işləməyən lampalar yeniləri ilə əvəzlənib.
Gəncədə piyadaların və avtomobillərin gecə saatlarında təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilən işlər davamlı olaraq şəhərin digər ünvanlarında da davam etdirilir.