Gəncədə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar
Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki , Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 10-dan artıq avtomobildən pul, maqnitofon, akkumulyator və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, Ayxan Məmmədov və Nofər Cümşüdov saxlanılıb. Maddi sübutlara birlikdə istintaqa təhvil verilən şübhəli şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.