patriotnews.az
http://patriotnews.az

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı Gəncədə hazırlıq işləri görülür

18-01-2025, 06:30 Baxılıb: 5

 

Patriot News . az xəbər verir ki, Gəncənin Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb. Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müvafiq şöbələri tərəfindən ənənəvi olaraq Xiyaban ərazisində 
geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, ağacların budaqları, bəzi kollar budanır, əraziyə yeni güllər və kollar əkilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi təmizlənir. MKTİB-nın Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən mövcud və yeni əkilən yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib. Görülən işlər şəhərin Şah İsmayıl Xətai prospektində 20 Yanvar abidə kompleksinin ətrafında da həyata keçirilib. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.  

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930