patriotnews.az
http://patriotnews.az

Şəmkir rayonunda Çinarlı qəsəbəsinin mərkəzi küçəsi yenidən quruldu

9-01-2025, 11:00 Baxılıb: 32

 

Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən avtomobil yollarının təmiri sahəsində görülən işlər çərçivəsində Çinarlı qəsəbəsində yerləşən, həmçinin Aşağı Seyfəli və Yuxarı Seyfəli kəndlərinin rayon mərkəzi ilə əlaqəsini təmin edən Nizami Gəncəvi küçəsində təqribən 1 kilometrlik avtomobil yolunun əsaslı təmiri işləri aparılıb.

Patriot News. az-ın bölgə müxbiri xəbər verir ki, bu barədə icra hakimiyyəti məlumat yayıb. 

Görülən işlər zamanı yararsız yol örtüyü qazılaraq çıxarılıb, qum-çınqıl qatışığından və qırmadaşdan əsaslar hazırlanıb, standartlara uyğun olaraq iri və xırda dənəvərli asfalt örtüyü çəkilib. Eyni zamanda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə asfalt örtüyü üzərində müvafiq xətlənmə işləri aparılıb.

İllər sonra qəsəbənin ərazisində yerləşən yolların təmir olunması sakinlər tərəfindən məmnunluqla qarşılanıb.

Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930