patriotnews.az
http://patriotnews.az

Roma Papası VƏFAT ETDİ

21-04-2025, 12:31 Baxılıb: 2

Roma Papası VƏFAT ETDİ

Roma Papası Fransisk vəfat edib.

Bu barədə "Reuters" Vatikan administrasiyasına istinadən məlumat yayıb.

Fransisk - Jorge Mario Bergoglio 1936-cı ildə Buenos-Ayresdə italiyalı mühacir ailəsində doğulub. 21 yaşında iezuit ordeninə daxil olub. 2013-cü il martın 13-də XVI Benediktdən sonra 266-cı Roma papası seçilib.

Fransisk ənənəvi protokola uyğun gəlməyən addımları ilə yadda qalıb. O, cümə günləri gözlənilmədən xəstəxanaları, xeyriyyə müəssisələrini və ya adi insanların evlərini ziyarət edirdi. Pasxa bayramından öncə cümə axşamları həbsxanalardakı məhbusların və ya mühacirlərin ayaqlarını yuyurdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30