patriotnews.az
http://patriotnews.az

ADAU-da 17-ci Karyera Sərgisi keçirilib

Dünən, 11:42 Baxılıb: 42

 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 17-ci Karyera Sərgisi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Türkiyənin Gəncə şəhərindəki baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Dövlət Məşğulluq Agentliyi sədrinin müavini Ramal Quluzadə, “Prime Cotton” MMC-nin icraçı direktoru Rövşən Mahmudov, özəl sektor təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Niyazi Bayramov çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların əsas istiqamətlərindən biri gənclərin işlə təminatı və onların peşəkar formalaşmasına dəstək verməkdir. ADAU-nun təşkil etdiyi bu sərgi məhz həmin siyasətin regionlarda uğurla həyata keçirilməsinin bariz nümunəsidir.

Patriot News.az xəbər verir ki, Zəfər Qurbanov sərginin gənclərin real əmək bazarına inteqrasiyasında mühüm rol oynadığını qeyd edərək, universitetin məqsədinin tələbələri müasir dövrün tələblərinə cavab verən peşəkar kadrlar kimi yetişdirmək olduğunu bildirib.

Məcnun Məmmədov çıxışında aqrar sahənin inkişafının ölkə üçün strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sahə həm ərzaq təhlükəsizliyinin təminatçısı, həm də regionlarda məşğulluğun və sosial rifahın artırılması baxımından prioritet istiqamətdir.

Sərgi zamanı iştirakçılar 150-dən çox şirkət və müəssisənin stendləri ilə tanış olub, birbaşa işəgötürənlərlə ünsiyyət quraraq 1000-dən çox vakansiya və təcrübə proqramı haqqında məlumat alıblar.

Tədbir çərçivəsində ADAU və “Prime Cotton” MMC-nin birgə təşəbbüsü ilə yaradılmış Karyera və Əməkdaşlıq Mərkəzinin açılışı da baş tutub. Mərkəz tələbələrin real iş mühitinə adaptasiyasını sürətləndirmək, bacarıqlarını artırmaq və aqrar sektora maraq göstərən gəncləri istiqamətləndirmək məqsədi daşıyır. “Gənc Aqronom”, “Gənc Mexanik” və digər proqramlar vasitəsilə tələbələr innovativ layihələrə, təlimlərə və “Agro Hackathon” kimi təşəbbüslərə cəlb olunacaqlar.    

@ Patriot News.az

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30