Polşa nümayəndə heyəti Hərbi İnstitutda olub
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində qonaqlar institutun tarixi və fəaliyyəti ilə yaxından tanış olub, təhsil müəssisəsinin keçdiyi şərəfli yol barədə ətraflı təqdimat izləyiblər. Tədbir zamanı nümayəndələr institutda həyata keçirilən tədris prosesi, tədris proqramları və təlim sisteminin əsas istiqamətləri haqqında məlumatlandırılıblar.
Görüşdə ingilis dili fənninin tədrisi ilə bağlı qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb və nümayəndələrin sualları ətraflı şəkildə cavablandırılıb.
Yekunda nümayəndə heyəti institutun muzeyi ilə də yaxından tanış olub.