patriotnews.az
http://patriotnews.az

İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı

Dünən, 11:18 Baxılıb: 1

İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı

 
Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Qoşqar Babayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası yekunlaşıb.

Hakim Elçin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, iş üzrə Balakən Rayon Məhkəməsinin qərarı ləğv edilib, yeni ittihamedici hökm çıxarılıb. Təqsirləndirilən şəxs 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.

İttihama görə, Qoşqar Babayev digər təqsirləndirilən şəxslə birgə 2021 və 2022-ci illərdə Balakən və Qəbələ rayon sakinlərini Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək vədləri verib. Onlar bu yolla həmin şəxlərdən ümumilikdə 28 min manat pul alaraq dələduzluq ediblər.

Balakən Rayon Məhkəməsinin hökmü ilə Qoşqar Babayev cinayət məsuliyyətindən azad edilib və onun həmin maddələrlə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilib. Digər təqsirləndirilən şəxs isə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həmin qərarından narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermişdi.

Qeyd edək ki, Qoşqar Babayev Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri vəzifəsində işləyir.(Pravda.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30