Şeyxülislam: II Qareginlə görüşməyi özümə yaraşdırmıram
Jurnalistlərə açıqlamasında A.Paşazadə onunla görüşməyi özünə yaraşdırmadığını deyib:
"II Qareginlə görüşmək istəmirəm. Onunla görüşməyi özümə yaraşdırmıram. Qaregin dini sifətindən başqa siyasi sifətə də bürünüb. Din adamının bu qədər siyasətə qoşulması düzgün deyil. Ona görə də onunla görüşmək fikrim yoxdur".