patriotnews.az
http://patriotnews.az

Ukraynanın Çerniqov vilayətinə PUA-larla hücum olub, 5 nəfər ölüb

Dünən, 08:58 Baxılıb: 2

Ukraynanın Çerniqov vilayətinə PUA-larla hücum olub, 5 nəfər ölüb

Rusiya hərbçilərinin Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində bir yaşlı uşaq olmaqla azı 5 nəfər ölüb.

Bu barədə Çerniqov vilayətinin dövlət administrasiyasının rəhbəri Vyaçeslav Çaus telegramda yazıb.

O, hücumda ən azı altı PUA-nın istifadə edildiyini qeyd edib:

“Partlayışlar yaşayış massivindəki evlərə ziyan vurub. Dağıntılar altından iki qadın və bir yaşlı uşağın cansız bədəni çıxarılıb. Hazırda altı yaralı haqqında da məlumat var, onlar yerli xəstəxanalara yerləşdirilib, bütün lazımi yardımlar göstərilir”.

Vyaçeslav Çaus əlavə edib ki, hazırda hücumların baş verdiyi ərazidə təcili xidmətlərin əməkdaşları işləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30