Putin və Tramp görüş barədə razılığa gələ bilməyib
Bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Görüş barədə razılaşma olmadı, dövlət başçıları görüşün vacib olduğunu başa düşür, lakin o, lazımi qaydada hazırlanmalı və belə hazırlığın ciddi nəticələri olmalıdır ki, bu nəticələr yüksək səviyyədə təsbit edilsin", - Peskov jurnalistlərə bildirib.
Bununla yanaşı, o, iki prezident arasında danışığın konstruktiv mühitdə keçdiyini vurğulayıb.
Peskov əlavə edib ki, Putin və Tramp gündəlikdə mühüm rol oynayan bir çox məsələləri müzakirə ediblər.