patriotnews.az
http://patriotnews.az

Polşalı politoloq: Vardanyanın məsuliyyətə cəlb edilməsi beynəlxalq hüququn bərpası deməkdir

Dünən, 19:00 Baxılıb: 0

Polşalı politoloq: Vardanyanın məsuliyyətə cəlb edilməsi beynəlxalq hüququn bərpası deməkdir

Polşalı siyasətçi, Avropa Parlamentinin sədrinin keçmiş müavini Yatsek Protaseviç suveren ərazilərdə separatizmin sponsorlarının, xüsusilə də Rusiyanın hibrid müharibə kimi istifadə etdiyi separatizmi dəstəkləyən və maliyyələşdirənlərin təqib edilməsinə çağırıb.

Siyasətçi, bu barədə Litvanın “Alfa” nəşrinə müsahibəsində bildirib.

Y.Protaseviç vurğulayıb ki, Azərbaycanda separatizmin sponsorlarından biri olan Ruben Vardanyan Kremllə əlaqəli olub, faktiki olaraq Cənubi Qafqazda öz təsirini gücləndirməyə çalışan Rusiya ilə əməkdaşlıq edib.

"Vardanyanın Qarabağdakı fəaliyyəti və Putin rejimi ilə əlaqələri diqqətlə araşdırılmalı, ədalət şəffaf hüquqi proseslər vasitəsilə bərqərar olmalıdır", - siyasətçi bildirib.

Onun sözlərinə görə, belə şəxslərin məsuliyyətə cəlb edilməsi təkcə cəza deyil, həm də beynəlxalq hüququn nüfuzunun bərpası, eləcə də eyni yolla gedə biləcək gələcək ərazi subyektlərinin çəkindirilməsidir.

"Hazırda Bakı məhkəməsində baxılan Vardanyanın işi maliyyə elitalarının geosiyasi qarışıqlıqların alətinə necə çevrilə biləcəyini nümayiş etdirir", - nəşrdə vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30