patriotnews.az
http://patriotnews.az

Prezident bu qanuna dəyişiklik etdi

Dünən, 17:00 Baxılıb: 0

Prezident bu qanuna dəyişiklik etdi

Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Nazirlər Kabineti daşınmaz abidələrin pasportlaşdırılması qaydalarını və pasportun nümunəvi formasını iki ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30