patriotnews.az
http://patriotnews.az

Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib

Dünən, 11:15 Baxılıb: 0

Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib

ABŞ Prezidenti Donald Tramp İlon Maskla ictimai qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib.

Bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, “Trump Media & Technology Group” şirkətinin səhmləri 8 % ucuzlaşıb və bu, prezidentə 202 milyon dollara başa gəlib. Bundan əlavə, Trampın memkoininin dəyəri 10 % ucuzlaşaraq dövlət başçısının sərvətini təxminən 900 milyon dollar azaldıb.

Daha əvvəl “Bloomberg” agentliyi Trampla münaqişə səbəbindən Maskın sahibi olduğu “Tesla” şirkətinin səhmlərinin düşməsinə görə milyarderin bir günə təxminən 34 milyard dollar itirdiyini yazıb.

Bu arada “Politico” xəbər verib ki, Trampın müşavirləri ictimai münaqişədən sonra sülhün bərqərar olması üçün bu gün Tramp və Mask arasında telefon danışığı təşkil edilməsini planlaşdırır.

Frankfurt Fond Birjasında yer alan “Tesla”nın səhmləri bu məlumatların fonunda 5,6 % bahalaşıb.

Qeyd edək ki, iyunun 5-də Tramp və Mask sosial şəbəkələrdə bir-birinə qarşı sərt açıqlamalar veriblər. İş adamı bildirib ki, onun dəstəyi olmasaydı, Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qalib gələ bilməzdi, Trampın impiçmenti ideyasını dəstəkləyib, Ağ Evin təşəbbüsü ilə hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini, prezidentin tətbiq etdiyi idxal rüsumlarını tənqid edib və 2025-ci ilin ikinci yarısında Amerika iqtisadiyyatı üçün tənəzzül proqnozlaşdırıb.

Tramp isə öz növbəsində bildirib ki, Mask Amerika hökumətinin səmərəliliyini artırmaq üçün departamentin işinə nəzarət edən zaman vəzifələrini effektiv şəkildə yerinə yetirməyib və ağlını itirib. Dövlət başçısı Maskı onun şirkətləri, o cümlədən “SpaceX” ilə hökumət müqavilələrini ləğv etməklə və onlara verilən bütün subsidiyaları ləğv etməklə hədələyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30