patriotnews.az
http://patriotnews.az

Samux rayonunda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd edilib

Dünən, 12:37 Baxılıb: 44

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncama əsasən, hər il iyunun 5-i ölkəmizdə “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunur.

Bu münasibətlə Samux rayonunun su təsərrüfatı və meliorasiya sahəsində çalışan əməkdaşları Heydər parkında toplaşaraq, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etmişlər.

Bayram tədbirində çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev sahə işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, onların məsuliyyətli və mühüm fəaliyyətində uğurlar arzulamışdır. Bildirilmişdir ki, ölkəmizdə müasir su təsərrüfatı və meliorasiya sistemlərinin qurulması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun müəyyənləşdirdiyi strateji inkişaf kursu bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd olunub ki, digər sahələr kimi aqrar sektor da dinamik inkişaf dövrünə qədəm qoymuşdur. Su təsərrüfatı və meliorasiya infrastrukturunun kənd təsərrüfatının inkişafında rolu və əhəmiyyəti getdikcə artır. Dövlət dəstəyi ilə əhalinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilmiş və bu proses bu gün də davam etdirilir.


@Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30