patriotnews.az
http://patriotnews.az

Tramp: Ukrayna ilə bağlı razılaşma olmazsa, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırıq

Dünən, 21:31 Baxılıb: 0

Tramp: Ukrayna ilə bağlı razılaşma olmazsa, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırıq

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın sülh razılaşması əldə etməyəcəyi təqdirdə Moskvaya qarşı sanksiyaları sərtləşdirməyə hazır olduqlarını bildirib.

Bu barədə o, Ağ Evdə Almaniya kansleri Fridrix Merts ilə görüşündə söyləyib.

Amerika lideri əlavə edib ki, o, çox sərt mövqe tutmaq üçün özündə son tarix müəyyən edib.

“Açığı, bu, hər iki ölkəyə şamil edilə bilər”, - o vurğulayıb.

Bununla belə, Tramp bütün çətinliklərə rəğmən münaqişənin hələ də həll olunacağına əminliyini ifadə edib: “Amma mən hesab edirəm ki, son nəticədə qan tökülməsinin qarşısını almağa nail olacağıq”.

Amerika liderinin sözlərinə görə, o, Merts ilə müntəzəm olaraq Rusiya-Ukrayna böhranının həlli ilə bağlı məsələləri müzakirə edir.

“Biz bunun bitməsini istərdik, bəlkə də bitəcək. Döyüşlərin olacağı ilə bağlı xəbərlər var. Bir neçə gün əvvəl bəzi şeylər oldu və nə mən, nə də Almaniya kansleri buna sevindik”, - Tramp deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30