Lökbatan qəsəbəsində qaz olmayacaq
Bu gün Bakının Qaradağ rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz tənzimləyicinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə iyunun 5-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə 1-ci, 2-ci massivin bir hissəsinin, 28 May, D.Bünyadzadə küçələrinin və "Neftçi" MTK-nın qaz təchizatında müvəqqəti fasilə yaranacaq.