patriotnews.az
http://patriotnews.az

Allahşükür Paşazadə ABŞ-yə dəvət edilib

11-03-2025, 17:06 Baxılıb: 0

Allahşükür Paşazadə ABŞ-yə dəvət edilib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-yə dəvət edilib.

Bununla bağlı Azərbaycanda səfərdə olan "İsa Məsih Son Günlərin Müqəddəsləri Kilsəsi"nin rəhbərliyinin nümayəndəsi, Ağsaqqal Cak Cerard QMİ sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə bildirilib. 

O qeyd edib ki, A.Paşazadəni bu ilin payızında kilsənin ənənəvi ümumi yığıncağında fəxri qonaq qismində görmək arzusundadır və bununla bağlı QMİ sədrinə müvafiq dəvət məktubu ünvanlayacaq.

A.Paşazadə amerikalı qonaqları kilsənin Azərbaycanda qeydiyyatdan keçməsi, Azərbaycanın dinlərarası ailəsinə qoşulması münasibətilə təbrik edib.

Tərəflər qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq ikitərəfli əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru R.Həsənov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi A.Cavadov da iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930