patriotnews.az
http://patriotnews.az

Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində "Kukaraça" tamaşasının premyerası olub

Bu gün, 11:42 Baxılıb: 19

 

Patriot News.az xəbər verir ki, Gəncə Dövlət Milli Dram Teatrı ilə Gürcüstanın Ozurgeti Milli Dram Teatrının birgə layihəsi çərçivəsində tanınmış gürcü yazıçısı Nodar Dumbadzenin "Kukaraça" əsərinin səhnə adaptasiyası Gəncədə ilk dəfə tamaşaçılara təqdim olunub.

Premyerada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, həmçinin şəhərin müxtəlif idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Layihə hər iki teatr arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən hazırlanıb. Tamaşada həm gürcü, həm də azərbaycanlı aktyorlar birgə iştirak edərək eyni səhnəni və dialoqları bölüşüblər.

“Kukaraça” – Nodar Dumbadzenin eyniadlı povesti əsasında səhnələşdirilmiş dram əsəridir. Əsərin əsas qəhrəmanı – Kukaraça ləqəbli polis inspektoru Georgi Tuşuraşvili qeyri-adi hüquq-mühafizə orqanı əməkdaşıdır. O, insanlara qarşı səmimi və qayğıkeş münasibəti, ədalətə və vicdana əsaslanan davranışı ilə fərqlənir. Tamaşa mənəviyyat, insanlıq və fədakarlıq kimi ali dəyərləri ön plana çəkir.

Layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, koordinatoru isə Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərovdur. Quruluşçu rejissor Gürcüstanın Əməkdar incəsənət xadimi, Ozurgeti Milli Dram Teatrının bədii rəhbəri və direktoru Vasili Ciqoqidze, quruluşçu rəssam Rustavi Teatrının baş rəssamı Lomqul Murusidze, səhnə tərtibatçısı Mirzə Mehdi, xoreoqraf isə Zeynəb Hüseynovadır.

Tamaşa tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.


@Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30