“Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işləri davam etdirilir.
Patriot News.az xəbər verir ki, bu işləri tenderin qalibi “Maqro Construction MMC-nin Azərbaycan Respublikasındaki filialı həyata keçirir. Hal-hazırda Atabəylər prospektində Mikrotunel qazıntı işləri aparılır. Bu işlər subpodratçı "UNİTY GROUP" MMC -nin əməkdaşları tərəfindən həyata keçirilir. "UNİTY GROUP "MMC-nin rəhbərliyindən redaksiyamıza daxil olan məlumata əsasən aparılan işlərin yanvarın 16-a kimi tamamlanması nəzərdə tutulubdur. Qeyd etmək istəyirik ki, Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işləri 2025 -ci ilin sonuna kimi tamamlanmalıdır.