patriotnews.az
http://patriotnews.az

Gəncənin ərazisində təmizlik işləri mütəmadi olaraq davam edir

14-01-2025, 12:30 Baxılıb: 43

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə uyğun olaraq, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhər ərazisində mövcud olan avtobus dayanacaqlarında və ətraf səkilərdə təmizlik işləri həyata keçirilib.

Patriot News.az xəbər verir ki , sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Heydər Əliyev, Nizami Gəncəvi və Şah İsmayıl Xətai prospektlərində yerləşən dayanacaqlar, səkilər, məhəccərlər və zibil qutuları yuyulularaq təmizlənib.

Sözügedən işlərə MKTİB-nin canlı qüvvəsi və qurumun xüsusi texnikaları cəlb olunub.

Qeyd edək ki, bu cür təmizlik aksiyaları Gəncə şəhərinin müxtəlif ərazilərində mütəmadi olaraq təşkil olunur.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930