patriotnews.az
http://patriotnews.az

"Paşinyan bir stəkan konyakla minlərlə ermənini qaçqına çevirdi" - Hərəkat lideri

11-01-2025, 18:30 Baxılıb: 18


Heç kim Qərblə münasibətlərin əleyhinə deyil, biz onun tərəfdarıyıq, lakin biz deyirik ki, bu, düşmənçilik məntiqinə əsaslanmamalı və strateji tərəfdaşımızla münasibətləri korlamaq hesabına olmamalıdır. 

Bu barədə “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan açıqlayıb.

Onun sözlərinə görə, ölkə Gürcüstan kimi qərbyönlü deyil: "Gürcüstan hökuməti və Aİ-yə gedən gürcü xalqı deyirlər ki, ölümləri bahasına belə bu baş verməlidir". 

Tevanyan qeyd edib ki, Paşinyan gəldiyi ilk gündən anti-Rusiya siyasəti həyata keçirib: "Həmin siyasət nəticəsində Ermənistan-Rusiya münasibətləri korlandı, Azərbaycan və Türkiyə o vəziyyətdən istifadə etdi. İndi Makron bəyan edir ki, Artsaxda (Qarabağ - red.) belə şeylər baş verib, çünki Rusiya cəzalandırmaq qərarına gəlib. Paşinyan bir stəkan konyak ilə minlərlə ermənini qaçqına çevirdi, indi də Ermənistanda eyni şeyi etmək istəyir. Deyirsiniz ki, Aİ-yə gedək. Bu, açıq-aşkar yalandır, bizi orada gözləmirlər. Aİ-də belə bir şey yoxdur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930