patriotnews.az
http://patriotnews.az

Bu ölkədə prezident seçkilərinin ikinci tutu keçirilir

12-01-2025, 11:30 Baxılıb: 20

Bu ölkədə prezident seçkilərinin ikinci tutu keçirilir

Prezident seçkilərinin ikinci turunun keçirildiyi Xorvatiyada seçki məntəqələrində səsvermə başlayıb.

Bu post uğrunda mübarizə hazırkı prezident Zoran Milanoviç (birinci turda səslərin 49,09 faizi) ilə keçmiş elm, təhsil və idman naziri Draqan Primorak (19,35 faiz) arasında gedir.

Hər iki namizəd formal olaraq partiyasızdır: Milanoviç faktiki olaraq ən böyük müxalif Sosial Demokrat Partiyasına rəhbərlik edir, Primorak isə hakim Xorvatiya Demokratik İttifaqının tam dəstəyini alıb.

Qeyd edək ki, Xorvatiya prezidenti beş il müddətinə seçilir, o, əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir, daxili və xarici siyasəti hökumət müəyyən edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930