patriotnews.az
http://patriotnews.az

Livanın yeni prezidenti ilk səfərini bu ölkəyə edəcək

12-01-2025, 16:30 Baxılıb: 22

Livanın yeni prezidenti ilk səfərini bu ölkəyə edəcək

Livanın yeni prezidenti Cozef Aun vəzifəyə gəldikdən sonra səfər edəcəyi ilk ölkənin Səudiyyə Ərəbistanı olacağını açıqlayıb.

Bu barədə Livan prezidentinin ofisi məlumat yayıb.

Aun bu barədə şahzadə Məhəmməd bin Salmanla telefon danışığı zamanı bildirib.

"Bu, Səudiyyə Ərəbistanının Livan xalqını dəstəkləməkdə, onlarla həmrəylik göstərməkdə tarixi rolunun tanınması və livanlıların bölgə dövlətləri ilə əlaqələrinin təməli kimi ərəb kimliyinin təsdiqi olacaq", - ofisdən bildiriblər. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930