"Döyüşə hazır orduya sahib olmalıyıq" - Ermənistanın müdafiə naziri
Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Papikyan hesab edir ki, ölkələr qarşılıqlı razılaşma əsasında silahlara nəzarət edə və məhdudlaşdıra bilər: "Bizim vəzifəmiz ərazi bütövlüyünün və suverenliyinin təminatlarından biri kimi döyüşə hazır orduya sahib olmaqdır".
Hərbi balansın pozulub-pozulmadığı ilə bağlı sualı cavablandıran nazir Ermənistanın Azərbaycanla silahlanma yarışına girmək niyyətində olmadığını bildirib. O, bunun səbəblərindən biri kimi büdcənin böyüklüyündəki fərqi və bunun nəticələrə səbəb olduğunu göstərib: "Əgər biz regionda uzunmüddətli sülh istəyiriksə, o zaman nəzarəti bərqərar etmək və etimadı artırmaq üçün siyasi iradə lazımdır".