patriotnews.az
http://patriotnews.az

Tramp Ukrayna və Qəzzadakı münaqişələri necə həll edəcəyini açıqlayıb

14-01-2025, 10:09 Baxılıb: 25

Tramp Ukrayna və Qəzzadakı münaqişələri necə həll edəcəyini açıqlayıb

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukrayna və Yaxın Şərqdəki münaqişələri necə həll edəcəyini açıqlayıb.

Bunu D.Tramp "Newsmax"a müsahibəsində deyib.

O, Ukrayna münaqişəsinin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşməli olduğunu söyləyib və hər iki liderin bu görüşü gözlədiyini qeyd edib.

"Bilirəm ki, Vladimir Putin görüşmək istəyir. Mən də tezliklə görüşmək istəyirəm. Amma əvvəlcə ABŞ prezidenti olmaq lazımdır", - o bildirib.

D.Trampın sözlərinə görə, görüşün keçirilməsini və münaqişənin həllini sürətləndirmək istəyi döyüş meydanında böyük insan tələfatı ilə bağlıdır.

ABŞ-nin yeni seçilmiş Prezidenti, həmçinin Qəzza sektorunda vəziyyətin nizamlanması ilə bağlı şərh verib. O qeyd edib ki, Qəzza sektorunda atəşkəs və HƏMAS-ın əlində olan girovların azad edilməsi ilə bağlı razılaşma tezliklə əldə olunacaq: "Biz bunu başa çatdırmağa çox yaxınıq. Onlar bunu etməlidirlər. Etməsələr, heç vaxt görmədikləri bir çox problemlərlə üzləşəcəklər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930