patriotnews.az
http://patriotnews.az

Kamran Əliyev: Xaricdə təhsil alan hüquqşünasların prokurorluq orqanlarına qəbula müraciətləri azalıb

14-01-2025, 11:24 Baxılıb: 22

Kamran Əliyev: Xaricdə təhsil alan hüquqşünasların prokurorluq orqanlarına qəbula müraciətləri azalıb
Ötən illərlə müqayisədə xarici ölkələrdə təhsil alan hüquqşünaslar prokurorluq orqanlarına qəbulla bağlı az sənəd veriblər.
Bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların Baş Prokurorluqda andiçmə mərasimi zamanı deyib.
O bildirib ki, 2002-2024-cü illərdə qəbul olunan şəxslərdən 969-u ölkədə, 29 nəfəri isə xaricdə təhsil alan əməkdaşlardır.
K.Əliyev, həmçinin bu il qəbul olunan hüquqşünasların xarici dil biliklərinin az olmasından şikayətlənib:
"İşə qəbul olunanlardan 8-nin xarici dil biliyi var. Bunlardan 5-i rus, 3-ü ingilis dilini bilir. Prokurorluq orqanlarına qəbul olunan şəxslər dil biliklərini inkişaf etdirməlidirlər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930