patriotnews.az
http://patriotnews.az

Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb

14-01-2025, 19:17 Baxılıb: 0

Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb
ABŞ-nin Kaliforniya ştatında tüğyan edən meşə yanğınları zamanı evlərdən əşyalar oğurlayan və yeni yanğınlar törədən ilk 10 caniyə qarşı ittihamlar irəli sürülüb.
Bu barədə Los Ancelesin dairə prokuroru Natan Hokman keçirdiyi mətbuat konfransında bildirib.
“Biz verdiyimiz sözə əməl edirik, qanunsuz əməllərə yol verənlər tutulacaq, qanun qarşısında cavab verəcək və cəzalandırılacaqlar. Artıq 10 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 9-u oğurluqda, 1-i isə yanğın törətməkdə ittiham olunur”, - o deyib.
O, təqsirləndirilən şəxslərin adlarını çəkərək, onların ittiham olunduğu bütün cinayətlərin siyahısını təqdim edib. “Bir qrup oğru adı açıqlanmayan amerikalı ulduzun evindən “Emmi” mükafatı heykəlciyini, üç nəfərdən ibarət başqa bir qrup sənədlərlə birlikdə təxminən 200 min dollar oğurlayıb, digər qrup isə bir gündə iki evi qarət edib. Bəzi cinayətkarların daha əvvəl də məhkumluq yaşadığı nəzərə alınmaqla onları 6 ildən ömürlük həbsə qədər cəza gözləyir”, - Hokman söyləyib.
Dairə prokuroru əlavə edib ki, Eskobar soyadlı şəxs 3 fərqli yerdə yanğın törətməkdə ittiham olunur, onu 9 ilə qədər həbs cəzası gözləyir. O qeyd edib ki, cinayətkarların operativ şəkildə tutulması bütün hüquq-mühafizə və xilasetmə xidmətlərinin sıx əməkdaşlığı sayəsində mümkün olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930