patriotnews.az
http://patriotnews.az

Aİ Ermənistanın mümkün üzvlük müraciətini ətraflı nəzərdən keçirəcək

14-01-2025, 20:08 Baxılıb: 0

Aİ Ermənistanın mümkün üzvlük müraciətini ətraflı nəzərdən keçirəcək

Avropa İttifaqı (Aİ) Ermənistanın üzvlük üçün mümkün müraciətini ətraflı nəzərdən keçirəcək.

Bu barədə bu gün Brüsseldə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasında çıxış edən Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirib.

“Bu, seçimdir, biz bütün müraciətləri çox diqqətlə nəzərdən keçirməliyik və Ermənistanla da belə olacaq. Əgər Ermənistan müraciət etmək qərarına gəlsə, bu seçim müəyyən öhdəliklərlə bağlı olacaq. Əminəm ki, planımda qeyd edildiyi kimi, əvvəlcədən nə etmək lazım olduğunu və ya hansı məsələlər barədə məlumat mübadiləsinin tələb olunduğunu yerində başa düşmək üçün ilin birinci yarısında Ermənistana səfər edəcəyəm”, - o deyib.

Xatırladaq ki, ötən həftə Ermənistan hökuməti ölkənin Aİ-yə daxil olması prosesinə başlamaqla bağlı qanun layihəsini təsdiqləyib və onu parlamentin müzakirəsinə göndərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930