patriotnews.az
http://patriotnews.az

72 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 122 nəfər ilk dəfə səs verəcək

14-01-2025, 20:14 Baxılıb: 0

72 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 122 nəfər ilk dəfə səs verəcək

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 72 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 122 nəfər ilk dəfə səs verəcək.

"Report"un Muğan bürosuna bu barədə dairənin seçki komissiyasının sədri Mehman Rzayev məlumat verib.

Sədr qeyd edib ki, onlardan 55 nəfəri kişi, 67 nəfəri isə qadındır. İki nəfər seçicinin isə, seçki günü - 29 yanvar tarixində 18 yaşı tamam olacaq.

Qeyd edək ki, 72 saylı Cəlilabad şəhər seçki dairəsində 290 namizəd qeydə alınıb. 49 049 seçicisi olan Seçki dairəsinin hüdudları daxilində 47 seçki məntəqəsi texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib, elektrik generatorları işlək vəziyyətdədir. Beş məntəqədə veb kameralar quraşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930