patriotnews.az
http://patriotnews.az

Səbinə Əliyeva: Ermənistanın azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə ilə bağlı kifayət qədər sübutlar var

15-01-2025, 11:30 Baxılıb: 0

Səbinə Əliyeva: Ermənistanın azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə ilə bağlı kifayət qədər sübutlar var

Ermənistanda əhali arasında dövlət səviyyəsində anti-Azərbaycan və antitürk nifrətinin formalaşdırılması və ötən dövr ərzində daha da inkişaf etdirilməsi uzun illər ərzində Azərbaycana qarşı törədilmiş beynəlxalq cinayətlərin əsas səbəblərindən birini təşkil edib.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik və nifrət zəminində həyata keçirdiyi etnik təmizləmə və deportasiya siyasəti ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına ünvanladığı açıq məktubunda qeyd edib.

Bildirilib ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi çoxsaylı sülh və insanlıq əleyhinə, həmçinin müharibə cinayətləri, soyqırımı, etnik təmizləmə və deportasiya aktları ilə bağlı kifayət qədər əsaslı sübut və dəlillər mövcuddur:

"Bu faktlarla bağlı beynəlxalq qurumlara dəfələrlə müvafiq hesabatlar, bəyanatlar və müraciətlər göndərilsə də, Azərbaycana qarşı tətbiq olunan ikili standartlar nəticəsində həmin beynəlxalq cinayətlərə hələ də adekvat reaksiya verilmir. Xüsusilə təəssüf doğuran hallardan biri də odur ki, son dövrlərdə Ermənistan tərəfindən bu cinayətlərin inkar edilməsi, əksinə beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı mənfi münasibət yaradılması üçün əsassız iddiaların irəli sürülməsi tendensiyası müşahidə olunur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930