patriotnews.az
http://patriotnews.az

İsrail atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib, təfərrüatlar açıqlanıb

17-01-2025, 08:59 Baxılıb: 0

İsrail atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib, təfərrüatlar açıqlanıb

Baş nazir Benyamin Netanyahunun ofisi İsrail, Fələstinin “HƏMAS” hərəkatı, ABŞ və Qətər arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib.

Bu barədə “The Jerusalem Post” bəyanata istinadən məlumat yayıb.

Qeyd olunub ki, sazişin təsdiqi üçün təhlükəsizlik nazirləri kabineti, daha sonra isə hökumətin iclası keçiriləcək. Səsvermə yanvarın 18-də keçiriləcək.

Əldə edilən saziş üç mərhələdə həyata keçiriləcək. Razılaşmanın birinci mərhələsi 42 gün davam edəcək, sazişin icrasına isə onun imzalanmasından iki-üç gün sonra başlanacaq.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalını və cənubunu birləşdirən Netsarim dəhlizindən və sərhəddən təxminən 700 metr məsafədə yerləşən anklavın bütün məskunlaşdığı ərazilərdən qoşunlarını çıxaracaq. Yalnız məsafənin 400 metr olacağı beş konkret sahə istisna olmaqla.

İsrail ordusu da Filadelfiya dəhlizindəki mövcudluğunu azaldacaq və sonra ilk 50 gün ərzində onu tamamilə tərk edəcək. Təl-Əviv razılaşmanın qüvvəyə minməsindən bir həftə sonra Rəfah sərhəd keçid məntəqəsini açmağa razılaşıb və sazişə ilk mərhələdə vasitəçilərin nəzarəti altında humanitar yardımla bağlı protokol daxil olacaq.

İsrailin dərhal keçiddən humanitar yardım daşımağa başlaması üçün hazırlıqlara başlaması gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930