patriotnews.az
http://patriotnews.az

Polşa Prezidenti: İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırıq

26-11-2024, 13:12 Baxılıb: 0

Polşa Prezidenti: İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırıq
Polşa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etməyə hazırdır.
Bunu Polşa Prezidenti Andjey Duda İrəvanda erməni həmkarı Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda sülh Avropa qitəsi üçün də vacibdir.
"Əgər buna ehtiyac olarsa, biz Azərbaycanla münasibətlərin normallaşmasına kömək etməyə hazırıq. Ermənistan həmişə Polşaya bel bağlaya bilər", - A.Duda qeyd edib.
Öz növbəsində, Ermənistan prezidenti bildirib ki, İrəvan regionda dayanıqlı sülhə nail olmaq və mövcud problemləri konstruktiv dialoq və danışıqlar yolu ilə həll etmək üçün qəti mövqeyə malikdir.
Polşa Prezidenti həmçinin qeyd edib ki, Varşava İrəvanın Avropa ilə yaxınlaşması üçün səy göstərməyə hazırdır.
"Biz Ermənistanın Avropa sivilizasiyası ilə yaxınlaşma siyasətini yüksək qiymətləndirir və ölkəni Avropa ailəsi ilə yaxınlaşdıracaq bütün proseslərdə maksimum dəstək verməyə hazırıq", - o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930