patriotnews.az
http://patriotnews.az

“YAŞAT” Fondunun 1-ci intellektual marafonu başlayıb

Dünən, 15:12 Baxılıb: 0

 

18 aprel 2025-ci il tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün 1-ci intellektual marafona start verilib.
Patriot News.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli”  çərçivəsində gerçəkləşən layihə 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edir.
Marafon Şahdağ Turizm Kompleksinin,  “PAŞA Techonology” MMC-nin və Dünya Türk Biznes Şurasının (DTİK) sponsorluğu ilə reallaşdırılır.
Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olmaqdır.
Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov şəhid övladları üçün bu cür tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. 
20 aprel tarixinədək davam edəcək marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə və konsert saatları keçiriləcək.
Həmçinin düşərgə iştirakçıları müxtəlif hədiyyə və mükafatlarla təltif olunacaqlar.
“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər mütəmadi təşkil olunur.         

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930