patriotnews.az
http://patriotnews.az

Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb

Dünən, 18:00 Baxılıb: 0

Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında yarımfinala vəsiqə qazanıb.

1/16 finalda çinli Tsyanqnan Vanı məğlub edən Tçkayev 1/8 finalda braziliyalı Luan Almeydadan üstün olub.

Azərbaycan cüdoçusu 1/4 finalda yaponiyalı Yoonvan Lini üstələyib. Z.Tçkayev yarımfinalda gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gələcək.

Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30