patriotnews.az
http://patriotnews.az

KİV: İranın zərbəsindən sonra İsraildə araşdırma mərkəzi yanıb

Bu gün, 11:30 Baxılıb: 1

KİV: İranın zərbəsindən sonra İsraildə araşdırma mərkəzi yanıb

İranın İsraili atəşə tutması nəticəsində Rehovot şəhərində yerləşən Veyzman Elmi İnstitutunun Tədqiqat Mərkəzinə ciddi ziyan dəyib və yanğın olub.

Bu barədə "The New York Times" nəşri daxil olduğu fotolara istinadən yazıb.

İnstitutun yataqxanasında yaşayan tələbə qəzetə bildirib ki, Tədqiqat Mərkəzinin binasındakı divarların çoxu uçub. O, həmçinin əlavə edib ki, partlayış nəticəsində yaranan zərbə dalğası yaxınlıqdakı binaların pəncərələrinin şüşələrini sındırıb.

“The New York Times”ın dərc etdiyi fotoda da araşdırma mərkəzində yanğının baş verdiyi görünür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30