patriotnews.az
http://patriotnews.az

İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər, 21 nəfər yaralanıb – YENİLƏNİB

Bu gün, 08:59 Baxılıb: 0

İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər, 21 nəfər yaralanıb – YENİLƏNİB

İsrail ərazisinə İranın səhər hücumu nəticəsində azı 21 nəfər yaralanıb, iki nəfər isə ölüb.

Bu barədə İsrailin "Ynet" portalı Milli Tibb Xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, təxminən 30 yaşlı kişi aldığı xəsarətlərdən keçinib, kritik vəziyyətdə xəstəxanaya yerləşdirilmiş daha bir qadın da sağ qalmayıb.

Xidmət həmçinin qeyd edib ki, zərbələr nəticəsində azı altı bina dağıdılıb.

***

İranın İsrail ərazisinə qarşı son – dördüncü dalğa hücumları nəticəsində azı 13 nəfər yaralanıb.

Bu barədə İsrailin Milli Tibbi Xidməti (“Magen David Adom”) sosial şəbəkədə məlumat yayıb.

Xidmətə görə, yaralılardan birinin vəziyyəti kritik, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xidmət tərəfindən paylaşılmış fotoda uçmuş bina və digər dağıntılar görünür.

Əvvəllər bildirilmişdi ki, şənbə gecəsi İran hücumları nəticəsində 63 nəfər xəsarət alıb, bir qadın aldığı yaralardan keçinib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30