Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan müraciətlərin statistikası açıqlanıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 2025-ci ilin ilk 5 ayı ərzində “ASAN xidmət”, “ASAN kommunal” mərkəzlərinə və “KOB evi”nə daxil olan müraciətlərin xidmət növləri üzrə statistikası açıqlanıb.
Statistikaya əsasən, qeyd olunan müddət ərzində 14 xidmət istiqaməti üzrə ümumilikdə 78.813 müraciət daxil olub. Bu müraciətlərdən:
75.615 müraciətə baxılıb və xidmət göstərilib;
3.198 müraciət isə müxtəlif səbəblərdən ləğv edilib və ya imtina olunub.
Agentlik tərəfindən müraciətlərin operativ və şəffaf şəkildə icra olunması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir
@Patriot News.az