patriotnews.az
http://patriotnews.az

Sabah İmişli və Biləsuvarda 10 mindən çox abonentin qazı kəsiləcək

Dünən, 17:57 Baxılıb: 0

Sabah İmişli və Biləsuvarda 10 mindən çox abonentin qazı kəsiləcək

Sabah İmişlinin 21, Biləsuvarın 11 yaşayış məntəqəsində qaz olamayacaq.

"Report"un Muğan bürosu xəbər verir ki, məhdudiyyət "Otuzikilər” ölçü qovşağından qidalanan diametri PE 315 mm-lik “Otuzikilər-Məzrəli-Məcburi köçkünlər qəsəbəsi” və diametri PE 225 mm-lik “Aranlı kənd” orta təzyiqli yeraltı daşıyıcı qaz kəmərləri və üzrərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə yaranacaq.

Məlumata görə, iyunun 13-də saat 09:00-dan etibarən, sınaq işləri başa çatanadək İmişli rayonunun 21 kəndində - Yuxarı Qaralar, Otuzikilər, Murğuzallı, Muradallı, Mürsəlli, Xoşçobanlı, Qaraqaşlı, Ölcələr, Nurulu, Sultanmuradlı, Qaradonlu, Çahar, Gövhərli, Məzrəli, Çaxırlı, Xubyarlı, Qızılkənd, Aranlı, Hacırüstəmli, Hacalmuradlı, Kürmahmudlu kəndlərində, Biləsuvar rayonunun izibati ərazisində yerləşən 11 “Məcburi köçkünlər” qəsəbəsində (ümumi 10 min 591 abonent) “Otuzikilər” QPS-dən qidalanan “Otuzikilər” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30