Tramp İsrailin İrana hücumundan əvvəlcədən xəbərdar olub
“Fox News” telekanalının jurnalisti Cennifer Griff Ağ Ev rəhbərinin sözlərindən sitat gətirib.
Onun sözlərinə görə, Vaşinqton ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yüksək hazırlıq vəziyyətində olması ilə Tehranın cavab tədbiri görüb-görməyəcəyini gözləyir.
Tramp deyib ki, İran cavab verərsə, ABŞ özünü və İsraili müdafiə edəcək.
“Biz İranın nüvə bombasına sahib olmasına icazə verə bilmərik və ümid edirik ki, danışıqlar masasına qayıdacağıq. Baxacağıq”.