patriotnews.az
http://patriotnews.az

Gəncədə şəhid ailələrinin məzun övladları ilə görüş keçirilib

Dünən, 19:25 Baxılıb: 0

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2024–2025-ci tədris ilində məzun olan şəhid ailələrinin üzvləri ilə görüş keçirib. Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Gəncə Şəhər İcra Hakimiyyətinin və Regional Təhsil İdarəsinin məsul əməkdaşları da iştirak ediblər.

Tədbirdə çıxış edən Niyazi Bayramov məzunları təbrik edərək onlara gələcək həyat yollarında uğurlar arzulayıb. O, qeyd edib ki, şəhidlərimizin igidliyi Azərbaycanın müstəqilliyinin və suverenliyinin əbədi təminatıdır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə xüsusi qayğı və diqqət göstərildiyi vurğulanıb.

Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov isə bildirib ki, bu il Gəncə şəhərində 3758 şagird məktəbi bitirib. Şəhid övladlarının uğurları isə xüsusilə qürurvericidir. O, həmçinin qeyd edib ki, builki məzunlar imtahan və olimpiadalarda əvvəlki illərə nisbətən daha yüksək nəticələr əldə ediblər.

Görüş zamanı 28 nömrəli tam orta məktəbin məzunu, şəhid Asəf Maşıyevin övladı Maşıyev Əliheydər Asəf oğlu, 44 nömrəli ingilis dili təmayüllü məktəb-lisey kompleksinin məzunu, şəhid Seymur Allahverdiyevin övladı Allahverdiyeva Asudə Seymur qızı, həmçinin 8 nömrəli tam orta məktəbin məzunu, şəhid Cavid Əliyevin bacısı Əliyeva Mədinə Samir qızı məzun olublar.

Sonda məzunlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30