İsrail hökuməti: İranın Natanzdakı nüvə obyektinə əhəmiyyətli zərər vurmuşuq
Bu barədə “The Times of Israel” məlumat yayıb.
"Müdafiə məsələlərinə nəzarət edən İsrail rəsmiləri hesab edirlər ki, hava zərbələri zamanı Natanzdakı obyektə əhəmiyyətli zərər vurulub", - nəşr yazıb.
Daha əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (AEBA) bildirmişdilər ki, Natanza zərbələrdən sonra radiasiya səviyyəsinin yol verilən həddən artıq olması barədə məlumat daxil olmayıb.